Press "Enter" to skip to content

Agentlik sədri Göyçayda vətəndaşlaır qəbul edəcək

Kənd Təsərrüfatı Nazirliyi

Son yeniləmə: 3 Aprel 2024 14:02

BAYRAQDAR MEDİA – 2023-cü ilin sentyabr ayından başlayaraq Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir. Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev aprelin 9-da, saat 10:00-da Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında vətəndaşları qəbul edəcək”.

Bu barədə BAYRAQDAR MEDİA-ya aprelin 3-də Kənd Təsərrüfatı Nazilriyindən məlumat verilib.

Bildirilib ki, “qəbul zamanı vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək. Vətəndaş qəbulunda iştirak etmək istəyən şəxslər Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə (1652) və Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinə (055-436-93-44) zəng etməklə qeydiyyatdan keçə bilərlər. Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər”.

Mission News Theme by Compete Themes.