BAYRAQDAR MEDİA – Energetika Nazirliyi tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Bakı şəhəri, Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbdə “Gənc nəslin bərpa olunan enerji mənbələri haqqında maarifləndirilməsi” mövzusunda görüş keçirilib. Görüş Nazirlik yanında İctimai şuranın iştirakı ilə olub.
Bu barədə BAYRAQDAR MEDİA-ya Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “məktəbin direktoru Almaz Həsrət görüşün keçirilməsinin şagirlərin bərpa olunan enerji mənbələrindən istifadənin iqtisadi, ekoloji və sosial faydaları haqqında biliklərinin artırılması istiqamətində əhəmiyyətini vurğulayıb”

Məlumata görə daha sonra Energetika Nazirliyinin sektor müdiri Cahid Mikayılov çıxış edib: “C.Mikayılov Azərbaycan Republikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müəyyənləşdirilmiş siyasətə uyğun olaraq bərpa olunan enerji mənbələrindən istifadənin inkişafı istiqamətində Azərbaycanda görülən işlərdən bəhs edib, həyata keçirilən layihələr, prioritetlər və gələcək hədəflər barədə məlumat verib. 2024-cü ilin ölkə başçısı tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və Azərbaycanın COP29-a ev sahibliyinin həm bərpa olunan enerjidən istifadənin genişləndirilməsi, həm də müvafiq istiqamətdə məlumatlılığın artırılmasına yeni fürsətlər yaratdığı qeyd edilib”.

Sonra Energetika Nazirliyi yanında İctimai şuranın sədri Şaban Nəsirov şuranın fəaliyyəti haqqında məlumat verib, şagirdlərin gələcəkdə ixtisas seçimi zamanı yaşıl enerji və enerji səmərəliliyi kimi istiqamətləri də nəzərdən keçirmələrinin sahənin dayanıqlı inkişafına töhfə verə biləcəyinə diqqət çəkib.
Görüş çərçivəsində İctimai şura üzvlərinin, bərpa olunan enerji mənbələri hesabına elektrik enerjisi istehsalı, su və enerji kimi resusrlara qənaət, ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması barədə çıxışları dinlənilib, İctimai şuranın yaşıl enerji sahəsinin inkişafı üzrə apardığı təbliğat və maarifləndirmə işləridiqqətə çatdırılıb. Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.









