Press "Enter" to skip to content

3 ayda 7 milyon tondan çox neft hasil edilib

Neft buruqları

Son yeniləmə: 8 Aprel 2024 18:03

BAYRAQDAR MEDİA – 2024-cü ilin yanvar-mart ayları üzrə Azərbaycnada 7,3 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.

Bu barədə Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “neft hasilatının 4,2 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 1,1 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,14 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 1,9 milyon ton təşkil edib. Hesabat dövründə 6 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 5,2 milyon tonu konsorsiumun, 0,8 milyon tonu isə SOCAR-ın payına düşüb”.

Məlumata görə, “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 aprel 2024-cü il tarixinədək 634,5 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 588,9 milyon ton neft, “Şahdəniz”dən isə 45,6 milyon tona yaxın kondensat çıxarılıb. Bundan 01 aprel 2024-cü il tarixinədək 632,5 milyon tonu ixraca nəql edilib.

Neft emalı 2024-cü ilin yanvar-mart aylarında 1,6milyon tona yaxın təşkil edib.

Mission News Theme by Compete Themes.