Press "Enter" to skip to content

Yanvar-mart ayları üzrə qaz hasilatı artıb

Son yeniləmə: 8 Aprel 2024 15:42

BAYRAQDAR MEDİA – “2024-cü ilin 1-ci rübü üzrə operativ məlumatlara əsasən, yanvar-mart ayları ərzində respublikada 12,6 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 3,3 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”, 6,9 milyard kubmetri “Şahdəniz”, 0,4 milyard kubmetri “Abşeron”, 2 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 0,4 milyard kubmetr artımla qaz hasil edilib”.

Energetika Nazirliyindən BAYRAQDAR MEDİA-ya verilən məlumatda belə deyilir.

Bildirilir ki, “3 ay ərzində xaricə qaz satışı 6,4 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən eynidir. Avropaya 3,2 milyard kubmetr, Türkiyəyə 2,3 milyard kubmetr, Gürcüstana isə 0,9 milyard kubmetr qaz satılıb. Türkiyəyə TANAP-la bu müddətdə 1,3 milyard kubmetr qaz nəql olunub. “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 aprel 2024-cü il tarixinədək “Azəri-Çıraq-Günəşli”dən 219,6 milyard kubmetr, “Şahdəniz”dən isə 216 milyard kubmetr qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 153,4 milyard kubmetri ixraca nəql edilib”.

Mission News Theme by Compete Themes.