Press "Enter" to skip to content

Maye qaz hasilatının artım tempi 109 faizdən çox olub

Qaz emalı zavodu

Son yeniləmə: 9 Aprel 2024 16:19

BAYRAQDAR MEDİA – 2024-cü ilin yanvar-mart aylarında Türkmənistanda maye qaz hasilatının artım tempi 109,4 faiz təşkil edib.

Bu məlumatı orient.tm saytı yayıb.

Məlumata görə, “Türkmenneft” dövlət konserninin bölmələrində digər istehsal növləri üzrə göstəricilər nəzərdə tutulan planlara uyğun gəlir və ya bir qədər artıqdır.

Belə ki, cari ilin birinci rübündə konsern neft hasilatı və emalı üzrə planları hər iki hesab üzrə 102,1 faiz, avtomobil benzini istehsalı 101,1 faiz, dizel yanacağı, polipropilen, sürtkü yağları üzrə 100 faiz yerinə yetirib.

Mission News Theme by Compete Themes.