Press "Enter" to skip to content

Yevlaxda iqlim dəyişikliklərindn bəhs ediləcək

Kənd Təsərrüfatı Nazirliyi

Son yeniləmə: 17 Aprel 2024 16:01

BAYRAQDAR MEDİA – Aprelin 27-də Yevlax rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “İqlim dəyişikliyinə adaptasiya edən torpaq və resurs qoruyucu yeni texnologiyaların nümayişi” mövzusunda respublika müşavirəsi keçiriləcək. Tədbir Kənd Təsərrüfatı Nazirliyi və “Azərşəkər” MMC-nin birgə təşkilatçılığı olacaq.

Bu barədə BAYRAQDAR MEDİA-ya Nazirlikdən məlumat verilib.

Bildirilib ki, “müşavirədə kənd təsərrüfatında tətbiq olunan innovativ texnologiyalar, texnikalar, müasir suvarma sistemləri, orqanik gübrələr və biopreparatlar nümayiş etdiriləcək, müşavirə iştirakçılarını maraqlandıran suallar cavablandırılacaq. Respublika müşavirəsində Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyinin və müvafiq dövlət qurumlarının, iri fermer təsərrüfatlarının və aqroparkların, təchizatçı şirkətlərin nümayəndələrinin və fermerlərin iştirakı nəzərdə tutulur”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.