Press "Enter" to skip to content

Energetika naziri ABŞ-yə səfər edib

Pərviz Şahbazov

Son yeniləmə: 18 Aprel 2024 15:09

BAYRAQDAR MEDİA – Energetika naziri Pərviz Şahbazov BMT Baş Assambleyasının prezidenti Dennis Francisin dəvəti ilə Amerika Birləşmiş Ştatlarına (ABŞ) səfər edib.

Bu barədə BAYRAQDAR MEDİA-ya aprelin 18-də Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “nazir 19 aprel tarixində Nyu-York şəhərində BMT-nin Baş Assambleyasının Dayanıqlılıq Həftəsi çərçivəsində təşkil olunacaq “Enerji əlçatanlığında boşluğun aradan qaldırılması və karbonsuz enerji sistemlərinə keçid” mövzusunda tematik müzakirələrdə iştirak edəcək. Tədbirdə enerji əlçatanlılığı, dekarbonizasiya sistemlərinə keçid, enerji bağlantıları, bərpa olunan enerji mənbələrinə investisiyaların təşviqi kimi məsələlərin müzakirə olunacağı gözlənilir”.

Səfər çərçivəsində ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.