Press "Enter" to skip to content

Yeni dövlət standartı

“İnsan resurslarının idarə edilməsi. İnsan kapitalına dair daxili və xarici hesabatvermə üzrə rəhbər qaydalar” yeni dövlət standartı

Son yeniləmə: 18 Aprel 2024 13:48

BAYRAQDAR MEDİA – Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən beynəlxalq standart əsasında AZS ISO 30414:2024 “İnsan resurslarının idarə edilməsi. İnsan kapitalına dair daxili və xarici hesabatvermə üzrə rəhbər qaydalar” yeni dövlət standartı qəbul edilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya aprelin 18-də Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, “standartın ölkədə tətbiqi müəssisə və təşkilatlarda insan resurslarının idarəedilməsinə o cümlədən, insan kapitalına dair daxili və xarici hesabatvermə prosedurlarının beynəlxalq tələblərə uyğun həyata keçirilməsinə imkan yaradacaq. Yeni dövlət standartı iş yerində insan hüquqlarının prinsiplərini rəhbər tutur və insan kapitalı məlumatlarının toplanması, ölçülməsi, təhlili və hesabatı üzrə rəhbər qaydaları müəyyən edir”.

Məlumata görə, sözügedən dövlət standartı “Uyğunluğun qiymətləndirilməsi” standartlaşdırması üzrə Texniki Komitə (AZSTAND/TK 08) tərəfindən müzakirəyə çıxarılıb və AZSTAND tərəfindən təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.