Press "Enter" to skip to content

“AzerGold”un hasilat həcmlərində artım

Son yeniləmə: 22 Aprel 2024 10:54

BAYRAQDAR MEDİA – “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC)2024-cü ilin yanvar-mart aylarındahasilat və satış əməliyyatlarınıuğurla davam etdirib.

Bu barədə BAYRAQDAR MEDİA-ya aprelin 22-də QSC-dən məlumat verilib.

Bildirilib ki, “QSC tərəfindən sözügedən dövr ərzində 11.5 min unsiya qızıl,25.5 min unsiya gümüşün hasilatı həyata keçirilib. Bununla cari ilin ilk 3 ayı üçün müəyyənləşdirilmiş qızıl hasilatı planı 2 faiz, gümüş hasilatı planı isə 1 fazi artıq icra edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə isə qızıl hasilatında 58 fazi, gümüş hasilatında 25 fazi artıma nail olunub. Həmçinin Səhmdar Cəmiyyət tərəfindən cari ilin 1-ci rübü ərzində 6.6 min unsiya qızıl, 23.7 min unsiya gümüşün yerli və beynəlxalq bazarlarda satışı həyata keçirilib və nəticədə ölkə iqtisadiyyatına 25.2 milyon manat vəsait cəlb edilib”.

Məlumata görə, 1 aprel 2024-cü il tarixinə QSC tərəfindən qiymətli metalların yerli və xarici bazarlarda satışı nəticəsində əldə olunmuş ümumi gəlir isə 1 milyard 213 milyon 911 min manata çatıb: “Vəsaitin 1 milyard 158 milyon 829 min manatını ixrac gəlirləri, 55 milyon 82 min manatını isə daxili bazar satışlarından əldə edilmiş gəlirlər formalaşdırır. Qeyd edək ki,“AzerGold” QSC tərəfindən cari il üzrə 70 min unsiya qızıl hasilatı və satışı planlaşdırılıb. Bu ötən ilin göstəriciləri ilə müqayisədə hasilatda 10 fazi, satışda isə 3 faiz daha artıq hədəfdir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.