Press "Enter" to skip to content

“Startap” şəhadətnaməsi üçün 26 müraciət edilib

İndiyədək 139 mikro və kiçik sahibkarlıq subyektinə “Startap” şəhadətnaməsi verilib

Son yeniləmə: 22 Aprel 2024 11:07

BAYRAQDAR MEDİA – 2024-cü ilin yanvar-mart aylarında 26 mikro və kiçik sahibkar “Startap” şəhadətnaməsi üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) müraciət edib. Nazirlər Kabinetinin 29 yanvar 2021-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Startapın müəyyən olunması meyarları”na əsasən Ekspertlər Şurası tərəfindən 16 mikro və kiçik sahibkara “Startap” şəhadətnaməsinin verilməsi barədə qərar qəbul olunub. Şəhadətnamə almış sahibkarlıq subyektlərin 11-i hüquqi, 5-i fiziki şəxsdir. Onlardan 15-i mikro, 1-i isə kiçik sahibkarlıq subyektidir.

Bu barədə BAYRAQDAR MEDİA-ya KOBİA-dan məlumat verilib.

Məlumata görə, “Startap” şəhadətnaməsi almış layihələr təhsil, ictimai-iaşə, İKT, sənaye kimi sahələrdə innovativ həlləri nəzərdə tutan onlayn platformaların, mobil tətbiqlərin yaradılması, müxtəlif cihaz və qurğuların istehsalını nəzərdə tutur: “Ümumilikdə indiyədək 139 mikro və kiçik sahibkarlıq subyektinə “Startap” şəhadətnaməsi verilib. “Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.