Press "Enter" to skip to content

Keniya nümayəndə heyəti ilə görüş

Görüş zamanı

Son yeniləmə: 23 Aprel 2024 12:24

BAYRAQDAR MEDİA – İqtisadiyyat Nazirliyində Keniya nümayəndə heyəti ilə iqtisadi əməkdaşlıq imkanlarına dair görüş keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “görüşdə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov 2024-cü ilinAzərbaycan və Keniya arasında diplomatik əlaqələrin qurulmasının 20-ci ildönümünə təsadüf etdiyini,ikitərəfli münasibətlərin inkişafını vurğulayıb, ötən il Nayrobidə ölkəmizin səfirliyinin fəaliyyətə başlamasınıbu baxımdanmühüm addım kimi qiymətləndirib. Qeyd olunub ki, Keniya ilə iqtisadi-ticarət əməkdaşlığı da inkişaf edir. Ötən il Keniya ilə ikitərəfli ticarət dövriyyəsinin həcmi 52% artıb”.

Məlumata əsasən görüşdə vurğulanıb ki, qarşılıqlı investisiya qoyuluşu üzrə potensialın reallaşdırılmasıböyük önəm kəsb edir: “Bununla yanaşı, ikitərəfli ticarətingenişlənməsinə və səmərəli iqtisadi münasibətlərin qurulmasına xidmət edəcək biznes təşəbbüsləri, xüsusilə sənaye, enerji, mineral ehtiyatlar, İKT, qida, kənd təsərrüfatı, bankçılıq, turizm və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsiməqsədəuyğundur. Görüşdə Azərbaycanın iqtisadi nailiyyətləri, milli prioritetləri, sənaye zonaları, azad edilmiş ərazilərimizin iqtisadi potensialı, investorlar üçün yaradılan imkanlar, bu istiqamətdə tətbiq edilən stimul, güzəşt və imtiyazlar barədə məlumat verilib, keniyalı iş adamları fəal tərəfdaşlığa dəvət olunub”.

Məlumatda deyilir ki, Keniyanın Baş nazirinin müşaviri Karaqo Cozef Maqua Azərbaycana səfərindən məmnunluğunu bildirib: “Baş nazirin müavini ölkələrimiz arasında texnologiyalar, infrastruktur, nəqliyyat, logistika, kənd təsərrüfatı, turizm və digər istiqamətlər üzrə əməkdaşlığın inkişaf etdirilməsinin önəmini qeyd edib. Tədbirdə Azərbaycan Prezidentinin Cəbrail, Qubadlı və Zəngilan, həmçinin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəliklərinin,Azərbaycan Mərkəzi Bankının, Dövlət Neft Fondunun,Mənzil İnşaatı Dövlət Agentliyinin,İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun, Kiçik və Orta Biznesin İnkişafı vəİqtisadi Zonaların İnkişafı agentliklərinin, “AzerGold” QSC-nintəmsilçiləri təqdimatlarla çıxış ediblər”.

Görüşdə müxtəlif istiqamətlər üzrə əməkdaşlığın davam etdirilməsinə dair müzakirələr aparılıb, eləcə də Keniya nümayəndə heyətini maraqlandıran suallar cavablandırılıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.