Press "Enter" to skip to content

“Biznesə daxilolma” İşçi qrupunun iclası

İclas zamanı

BAYRAQDAR MEDİA – Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəhbərlik etdiyi “Biznesə daxilolma” İşçi qrupunun videokonfrans formatında iclası keçirilib. Görüşdə Dövlət Vergi Xidməti ilə yanaşı, Xarici İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və ölkənin aparıcı konsaltinq şirkətlərinin nümayəndələri iştirak ediblər.

Bu barədə BAYRAQDAR MEDİA-ya aprelin 24-də Dövlət Vergi Xidmətindən məlumat verilib.

Bildirilib ki, “İşçi qrupunun rəhbəri, Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva 2022-2023-cü illərdəqrup tərəfindən həyata keçirilmiş işlər və layihələr, habelə iclasın gündəliyində olan əsas məsələlər barədə məlumat verib. O, ötən müddət ərzində görülən işlərin səmərəli olduğunu qeyd edib. Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri Vüsal Şıxəliyev işçi qrupun aktiv fəaliyyət göstərdiyini və biznesin qeydiyyatı sahəsində aparılan işlərin əhəmiyyətini vurğulayıb. O, biznes sektorunun hüquqi şəxslərin qeydiyyatı sahəsində aparılan islahatlar və qanunvericilikdə gözlənilən yeniliklər barədə daha intensiv şəkildə məlumatlandırılmasının zəruriliyini qeyd edib”.

Məlumata əsasən, sonra “Business Ready” hesabatının “Biznesə daxilolma” indikatoru üzrə qeyd olunan tapşırıqların icra vəziyyətinin, hesabatın müvafiq indikatorunun sualları üzrə dövlət və özəl sektorun cavabları arasındakı fərqli məqamların müzakirəsi aparılıb: “İşçi qrupun üzvü, DVX-nin Vergi ödəyicilərinin qeydiyyatı və uçotu baş idarəsinin rəis müavini Hüsniyyə Abdullayeva“Biznesə daxilolma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsində nəzərdə tutulmuş tədbirləri diqqətə çatdırıb. Görüşdə məlumatlandırma, təbliğat və təşviqat işlərinin həyata keçirilməsi üzrə kommunikasiya planı barədə məlumat verilib. İclas iştirakçıları Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsi və ölkəmizin konsulluqları tərəfindən rəsmi sənədlərin leqallaşdırılması məqsədilə “Konsul leqallaşdırılması” informasiya sisteminin təsis edilməsi, leqallaşdırılmış sənədlərin tərcüməsinin “Elektron notariat” informasiya sistemi üzərindən notarius tərəfindən distant rəsmiləşdirilməsi və ünvana çatdırılması xidmətinin təşkili üzrə proseslər xəritəsinin hazırlanması və bu məqsədlərlə proqram təminatlarının yaradılması istiqamətində görülmüş işləri müzakirə ediblər”.

Məlumatda deyilir ki, İşçi qrupun rəhbəri, Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva Yol Xəritəsi çərçivəsində bir sıra layihələr üzrə nəticələrin müsbət olduğunu bildirib: “S.Musayeva, xüsusən xarici investisiyalı hüquqi şəxslər üzrə xarici dildə sənədlərin autentifikasiyası istiqamətində nəzərdətutulan işlərin proqressivliyi barədə məlumat verib. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan bir sıra dəyişikliklərin ölkəmizdə biznesin qeydiyyatı sahəsində yeniliklər gətirəcəyibir daha vurğulanıb. 2024-cü ildə proseslərin başa çatdırılması üçün zəruri olan işlər üzrə səylərin artırılması və işçi qrup tərəfindən əlavə dəstəyin verilməsi tövsiyə edilib”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.