Press "Enter" to skip to content

“UK Export Finance” qurumunun həmsədri ilə görüş

Görüş zamanı

Son yeniləmə: 25 Aprel 2024 15:14

BAYRAQDAR MEDİA – İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının “UK Export Finance” qurumunun (UKEF) qlobal mənşə üzrə həmsədri Emma Tomasla görüşüb.

Bu barədə BAYRAQDAR MEDİA-ya aprelin 25-də İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “görüşdə Azərbaycan iqtisadiyyatı,investorlar üçün yaradılan imkanlar,azad edilmiş ərazilərimizin iqtisadi potensialıbarədə məlumat verilib”.

Xəbərdə deyilir ki, Sahib Məmmədov Azərbaycanda COP29-la bağlı həyata keçirilən tədbirlər barədə məlumat verib. Nazir müavini bu çərçivədə əməkdaşlığın önəmini vurğulayıb.

Öz növbəsində Emma Tomas təmsil etdiyi qurumun fəaliyyəti barədə ətraflı məlumat verib: “O, Azərbaycanla tərəfdaşlıqda infrastruktur, nəqliyyat, “yaşıl” enerji, yüksək texnologiyalar, rəqəmsal iqtisadiyyat və digər istiqamətlər üzrə imkanları barədə danışıb”.

Məlumata görə, görüşdə, həmçinin tərəflər əlaqələrin mümkün istiqamətləri barədə fikir mübadiləsi aparıblar: Eyni zamanda, UKEF-in maliyyə alətlərinin Azərbaycanda istifadəsi imkanları, tərəfdaşlığın qurulması üçün təmasların davam etdirilməsi məsələləri müzakirə edilib”.0

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.