Press "Enter" to skip to content

m10-da yeniliklər davam edir

Son yeniləmə: 29 Aprel 2024 15:01

BAYRAQDAR MEDİA – m10 elektron pulqabı “BakıKART” ilə əməkdaşlığa başladı. Bu yenilik vasitəsilə Bakı və Abşeronun metro və avtobuslarında QR ilə ödəniş etmək mümkündür.

Bu barədə BAYRAQDAR MEDİA-ya PaşaPay şirkətindən məlumat verilib.

Bildirilib ki, “istifadə qaydaları çox asandır. m10-da yaradılmış QR bileti avtobus və ya metro kamerasında oxutmaq kifayətdir. Yaradılmış QR bilet üçün pulqabı balansından bloklaşdırılan məbləğ, beş dəqiqə ərzində istifadə olunmadıqda, altıncı dəqiqədə balansa geri qaytarılır. Elektron pulqabı Bakının metro və avtobus xidmətləri ilə strateji tərəfdaşlıq quraraq nağdsız ödənişlərə töhfə verməklə yanaşı, vətəndaşların həyatını xeyli asanlaşdıracaq. m10 varsa, pik saatlarda metrodakı ödəmə terminallarının qarşısındakı uzun növbələri gözləməyəcək, avtobuslarda nəqliyyat kartı balansının bitməsi problemini yaşamayacaqsız”.

Məlumata görə, bu yenilik “BakıKART”ın vətəndaşların rahatlığı, xidmət səviyyəsinin yüksəldilməsi üçün nəzərdə tutduğu hədəflərə uyğun gəlir: “Habelə, ictimai nəqliyyatda bütün növ ödəniş vasitələrindən istifadəyə imkan verən mövcud nağdsız ödəniş sistemi üzərində təkmilləşdirmə prosesinə də dəstək verir. Əlavə məlumatlar m10-un Facebook, Instagram, Youtube kanallarında mövcuddur”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.