Press "Enter" to skip to content

“AzerGold”dan daha bir xəbər

QSC-də təhlükəsiz iş saatlarının sayı 5 milyonu ötüb

BAYRAQDAR MEDİA – “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) fəaliyyət sahələrində dayanıqlı, təhlükəsiz iş şəraitinin təmin edilməsi məqsədilə əməyin mühafizəsi, texniki təhlükəsizlik üzrə ardıcıl və sistemli tədbirlər həyata keçirir.Bu istiqamətdə görülmüş işlər nəticəsində QSC-də bütün fəaliyyət dövründə təhlükəsiz iş saatlarının sayı 5 milyon saatı ötüb.

Bu barədə BAYRAQDAR MEDİA-ya aprelin 30-da QSC-dən məlumat verilib.

Qeyd edilib ki, Səhmdar Cəmiyyət tərəfindən mədənlərdə və istehsalat sahəsində qanunvericiliyin tələbləri və mütərəqqi beynəlxalq təcrübə əsasında təhlükəsiz əmək şəraiti yaradılıb: “Əməkdaşlar müasir tələblərə cavab verən xüsusi geyim dəsti və fərdi mühafizə vasitələri ilə təmin edilirlər. Onların həyat və sağlamlığının qorunması, iş prosesi zamanı bədbəxt hadisələrin qarşısının alınması, həmçinin sağlamlıq, təhlükəsizlik, yanğından mühafizə üzrə digər tələblərə ciddi əməl edilir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.