Press "Enter" to skip to content

Birgə İşgüzar Şuranın 4-cü iclası keçirilib

Görüşlər zamanı

Son yeniləmə: 30 Aprel 2024 14:11

BAYRAQDAR MEDİA – Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində səfərdə olublar. Səfərdə məqsəd KOB-ların inkişafına yönəlmiş ticarət və investisiya sahəsində əməkdaşlıq imkanları çərçivəsində birgə təşəbbüslərin reallaşdırılmasına dair fikir mübadiləsinin aparılması və əməkdaşlıq istiqamətlərinin müzakirəsi olub.

Bu barədə BAYRAQDAR MEDİA-ya aprelin 30-da KOBİA-dan məlumat verilib.

Bildirilib ki, “səfər çərçivəsində Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının 4-cü iclası keçirilib. KOBİA və Səudiyyə Ərəbistanının Palatalar Federasiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə hər iki ölkədən rəsmi şəxslər və iş adamları iştirak ediblər. İclasda iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin, İşgüzar Şuranın həmsədrləri – KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və “Al Rajhi İnternational for İnvestment” şirkətinin baş icraçı direktoru Əhməd Əli Əl Daxilin, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin–AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev də iştirka edib. İclasda hər iki ölkənin biznes, investisiya və ixrac potensialı, o cümlədən işğaldan azad olunmuş ərazilərimizdə biznes və sərmayə qoyuluşu imkanlar, işgüzar dairələr arasında ticarət və investisiya sahəsində mövcud əməkdaşlıq və əlaqələrin genişləndirilməsi perspektivləri, iş adamlarının iştirakı ilə birgə təşəbbüslərin və layihələrin reallaşdırılması, bu istiqamətlərdə Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının rolunun gücləndirilməsi, qarşılıqlı olaraq investisiyaların təşviqində KOB-ların rolunun artırılmasına dair fikir mübadiləsi aparılıb”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.