BAYRAQDAR MEDİA– Qazaxıstanın paytaxtı Astanada Orta Asiya ölkələrinin energetika nazirlərinin ilk iclası keçirilib. İclas çərçivəsində Astanada Qazaxıstanın energetika naziri Almasadam Satkaliyevin sədrliyi, həmçinin Özbəkistanın energetika naziri Zurabek Mirzamahmudov və Azərbaycanın energetika nazirinin müavini Orxan Zeynalovun iştirakı ilə görüş keçirilib.
Bu barədə atavatan-turkmenistan.com saytı məlumat yayıb.
Bildirilib ki, görüşdə Xəzər dənizinin dibi ilə enerji kabelinin ötürülməsinə dair saziş imzalanıb.
Mətbuatın məlumatına görə, Qazaxıstan, Özbəkistan və Azərbaycanın Energetika Nazirliyinin rəhbərləri 3 ölkənin enerji sistemlərini birləşdirən layihə üzrə əməkdaşlıq şərtlərini müəyyən ediblər.
O da vurğulanıb ki, 2024-cü ilin mayında Qazaxıstan, Azərbaycan və Özbəkistanın Energetika nazirliklərinin rəhbərləri Daşkənd Beynəlxalq İnvestisiya Forumu çərçivəsində enerji sistemlərinin inteqrasiyası sahəsində əməkdaşlıq haqqında saziş imzalayıblar.





