BAYRAQDAR MEDİA – Xəbər verildiyi kimi, 8-9 oktyabr tarixlərində Bakıda İqtisadiyyat Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi – KOBİA, Iteca Caspian LLC təşkilatçılığı ilə Azerbaijan Halal Business Forum – AZHAB Forum keçirilib.
Tədbir bir sıra məqamlarla yadda qalıb.

Bundan başqa Forum çərçivəsində Bakıda səfərdə olan İslam Biznesi Beynəlxalq Assambleyasının prezidenti Marat Kabayev, Assambleyanın Bakı təmsilçisi Mahir Quliyev və bərabərlərindəki heyət MÜSİAD Azərbaycan dərnək mərkəzimizdə olub.
Bu barədə BAYRAQDAR MEDİA-ya MÜSİAD Azərbaycandan məlumat verilib.
Bildirilib ki, səfər zamanı qonaqlar İdarə Heyətinin sədri Rəşad Cabirli və İdarə Heyətinin üzvləri ilə bir araya gəlib: “Görüş zamanı qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə olunmuşdur”.





