Press "Enter" to skip to content

Vüqar Bayramov: Proseslər dünya enerji bazarına təsirsiz ötüşməyəcək

Vüqar Bayramov

BAYRAQDAR MEDİA – “Orta Doğuda qarşıdurmaların və münaqişələrin dərinləşməsi dünya bazarına təsirsiz ötüşməyəcək”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Deputat prosesə İranın təsiri məsələsinə də toxunub: “Düzdür, hələlik İranın proseslərə birbaşa qoşulmaması dünya bazarında neftin qiymətinə hər hansı bir təsir göstərməyib. Digər tərəfdən isə İranın qlobal enerji bazarında payı elə də yüksək olmadığı üçün güney qonşumuzun müharibəyə cəlb olunması dünyanın enerji bazarında ciddi təlatümlərə səbəb olmayacaq. Amma bu o demək deyil ki, elə proses bu cür də davam edəcək. Çünki ötən hər gün qlobal gərginlik, belə deyək, daha da dərinləşir”.

V.Bayramovun sözlərinə görə, Orta Doğuda münaqişə getdikcə daha da dərinləşərsə və regiondakı əksər ölkələrin prosesə cəlb reallaşarsa bu, istər-istəməz qlobal enerji bazarında enerji qiymətlərinin artmasına səbəb olacaq: “Ancaq Orta Doğunun dünyanın ərzaq bazarında elə böyük paya malik olmadığına görə proseslərin dünyanın ərzaq bazarında qiymət artımına səbəb olacağını düşünmək olmaz”.

Mission News Theme by Compete Themes.