Qazaxıstan 2025-ci ildə Aktau-Bakı-Ceyhan marşrutu ilə neft tranzitinin həcmini artırmağı hədəfləyir
BAYRAQDAR MEDİA – Qazaxıstan 2025-ci ildə Aktau-Bakı-Ceyhan marşrutu ilə neft tranzitinin həcmini 1,7 milyon tona çatdırmağı planlaşdırır.
Bu barədə Qazaxıstan Energetika Nazirliyinin geniş iclasında çıxış edən Qazaxıstanın dövlət neft-qaz şirkəti “KazMunayQaz” sədrinin birinci müavini İskaziyev Kurmanqazi bildirib.
Kırım Haber Ajansının məlumatına görə, İ.Kurmanqazi vurğulayıb ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə bağlanmış müqavilə çərçivəsində Qazaxıstan neftinin Aktau-Bakı-Ceyhan marşrutu üzrə tranzit həcmi artıq 27 faiz artaraq 1,4 milyon tona çatdırılıb. O, davam edən maliyyə ilində bu məbləğin 1,7 milyon tona yüksəlməsinin gözləndiyini deyib.





