Press "Enter" to skip to content

“Gülbahar” Birləşmiş Ştatlarda səslənib – VİDEO

Tünzalə Ağayeva

BAYRAQDAR MEDİA – Xəbər verildiyi kimi, Xalq artisti Tünzalə Ağayeva Amerika Birləşmiş Ştatlarında səfərdədir.

Müğənninin mətbuat xidmətindən bildirilib ki, “pop ulduz və bir sıra mədəniyyət işçiləri Amerika Dövlət Departamentinın 80 ildən çox təşkil etdiyi “İVLP İnternational Visitor Leadership” proqramı çərçivəsində Amerikaya yollanıb. Xalq artisti Vaşınqtonda yerləşən ABŞ Dövlət Departamentinin “Mədəniyyət və müəllif hüquqları” şöbəsində qonaq olub. Görüşdə müəllif hüquqları, musiqi təhsili və tədrisi barəsində söhbətlər aparılıb”.

Məlumata görə, zəngin proqram çərçivəsində Xalq artisti həmçinin də ABŞ -Azərbaycan Ticarət Palatasının icraçı direktoru Natiq Baxışovla da görüşüb: “Estrada ulduzu qonaqlar üçün böyük şair Hüseyn Cavidin “Qız məktəbində” şeiri əsasında yazılan “Gülbahar” əsərini səsləndirib. Diqqət çəkən məqamlardan biri məhz Ticarət Palatasının həyətində dahi şair Hüseyn Cavidin büstünün olması idi. Daha sonra Xalq artisti dünyanın ən böyük kitabxanası olan “Konqres kitabxanası”nı ziyarət edib. Sözügedən məkanda Aşıq Əkbərin, böyük şair Zəlimxan Yaqubun və digər aşıq və musiqiçilərimizin səsyazmaları yer alıb”.

Məlumatda deyilri ki, görüşlərdən sonra sənətçi həmyerlilərimizlə vaxt keçirib: “Təəssüratlarını bölüşən Xalq artisti “İlk olaraq Azərbaycanda fəaliyyət göstərən Amerika Səfirliyinə təşəkkür edirəm. Onların bu təklifi mənə çox maraqlı gəldi. Peşəkar mütəxəssis olaraq “İVLP İnternational Visitor Leadership” proqramı sayəsində bir çox maraqlı görüşlərdə iştirak edirəm, yeni tanışıqlıqlar olur. Ən əsası bizim musiqimizin nə qədər zəngin və çoxşaxəli olduğunu bir daha bütün dünyaya çatdırırıq” deyib”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.