BAYRAQDAR MEDİA – İstanbulda keçiriləcək SANSEV tədbirində iştirak etmək üçün Eskişehirdən yola çıxan Eskişehir Polifonik Xoru üzvləri Osmanelidə jandarma nəzarəti zamanı sürpriz ediblər. Belə ki, nəzarət yoxlaması zamanı xor oxumağa davam edib.
Bu barədə eskisehir.net saytı məlumat yayıb.
Bildirilib ki, “İstanbulda təşkil olunan SANSEV tədbirinə qatılmaq məqsədilə Eskişehirdən yola düşən Eskişehir Polifonik Xorunun səfəri zamanı rəngarəng anlar yaşanıb. Xor üzvlərini daşıyan avtobus Osmaneli bölgəsində rutin yol nəzarəti həyata keçirən Rayon Jandarma Komandanlığı əməkdaşları tərəfindən saxlanılıb. Həmin anda nəqliyyat vasitəsində məşq edən xor üzvləri, şəxsiyyət vəsiqələrinin yoxlanılması zamanı mahnı oxumağı dayandırmayıblar. Adi bir nəzarət prosesini əyləncəli bir anıya çevirən bu xoş görüntülər kameralar tərəfindən də qeydə alınıb”.
İlk şərhi yaza bilərsiniz