BAYRAQDAR MEDİA – Azərbaycanın yeganə uşaq kanalı olan “ARB Günəş” TV “Səma qəhrəmanları” adlı yeni layihəsini ictimaiyyətə təqdim edib.
Xəbəri sözügedən qurum yayıb.
Bildirilir ki, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə (AZAL) məxsus Bakı–Qroznı reysini yerinə yetirərkən ötən ilin dekabrında Qroznı üzərində vurulduqdan sonra qardaş Qazaxıstanın Aqtau Hava Limanı yaxınlığında qəzaya uğrayan “Embraer 190” tipli sərnişin təyyarəsində həlak olan Milli qəhrəmanlar – kapitan-pilot İqor Kşnyakin, ikinci pilot Aleksandr Kalyaninov, baş stüardessa Hökumə Əliyevaya və sərnişinlərin xatirəsinə həsr olunmuş mahnı bəstələnib və klip çəkilib.
Maraqlıdır ki, Azərbaycan dilində olan “Səma qəhrəmanları” adlı mahnını İqor Kşnyakinin qızları Anastasiya və Darya ifa edir. Mahnının sözləri şair Baba Vəziroğluna, musiqisi isə bəstəkar Sevinc Tofiqqızına aiddir.
İlk şərhi yaza bilərsiniz