Press "Enter" to skip to content

Tacikistanda Azərbaycan Qədim Musiqi Alətləri Ansamblının konserti böyük coşqu ilə qarşılanıb

Tacikistanda Azərbaycan Qədim Musiqi Alətləri Ansamblının konserti böyük coşqu ilə qarşılanıb

BAYRAQDAR MEDİA – Tacikistanın Danqara şəhərində Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində konsert proqramı keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “bu dəfə Azərbaycan Qədim Musiqi Alətləri Ansamblı rəngarəng musiqi proqramı ilə çıxış ediblər. Konsertdən öncə Azərbaycanın mədəniyyət nazirinin müavini Murad Hüseynov və Tacikistanın Danqara şəhərinin icra hakimiyyəti başçısı Sijoydin Salomzade çıxış ediblər”.

Daha sonra Qədim Musiqi Alətləri Ansamblının konsert proqramı nümayiş edilib. Bir-birindən maraqlı musiqi nömrələri ilə zəngin musiqi kompozisiyası yerli tamaşaçılar tərəfindən böyük coşqu ilə qarşılanıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.