Konsertdə həm də sosial mesajlar yer alıb
BAYRAQDAR MEDİA – Gənc müğənni Azad Şabanov sayca ikinci solo konserti ilə çıxış edib.
Bu barədə BAYRAQDAR MEDİA-ya müğənninin mətbat xidmətindən məlumat verilib.
Bildirilib ki, “estrada ulduzu bu dəfə ölkənin bir nömrəli və əsas səhnəsi olan Heydər Əliyev Sarayında sevənlərinin qarşışına çıxıb. “Bir əsər” adlanan gecə muzikl xarakteri daşıyıb. Konsertdə həm şou nömrələr, həm də rəngarəng səhnəciklər təqdim olunub”. Məlumata görə, konsertdə həm də sosial mesajlar yer alıb. “Dua” adlanan əsərdə azad qadın və uşaq zorakilığı mövzusuna toxunub. O, səhnədən tamaşaçılara sosial mesajlar ötürüb.
Konsertdə müğənninin tərəf müqabili Əməkdar artist, istedadlı aktrisa Həcər Ağayeva olub.
“Bir əsər” musiqili tamaşanın qurulçu rejissoru Əməkdar incəsənət xadimi Ülviyyə Könül, ssenari müəllifi Əməkdar artist Nicat Kazımov, quruluşçu xoreoqraflar Əməkdar artist Bəhruz Vagifoğlu, Əməkdar artist Nailə Məmmədzadə və Emin Hüseynov idi. Layihənin icraçı prodüseri isə Zemfira Bağırova olub.
Konsert anşlaqla keçib.
İlk şərhi yaza bilərsiniz