BAYRAQDAR MEDİA – İçərişəhərdə “Muğam Saatı” — İnteraktiv səs performansı olacaq.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “”Muğam Saatı” 1950-60-cı illərdə Azərbaycan Dövlət Radiosunda yayımlanan ikonik radio proqramından ilhamlanan instalyasiya və ifaçılıq layihəsidir. Həmin dövrdə əhali arasında son dərəcə məşhur olan ənənəvi musiqi yazılarının müntəzəm yayımlarını özündə əks etdirir. Layihənin məqsədi o dövrün hər yerdə eşidilən, sirli şəkildə daim mövcud olan musiqi səsini yenidən canlandırmaqdır. Belə ki, insanların evində radio olmasa belə, ya dükanın açıq pəncərəsindən, ya da Abşeronun ucqar bir bağ evindən o verilişin səsləri onların qulağına çata bilər. Bu hissi bərpa etmək üçün İçərişəhərin müxtəlif guşələrində, saat 14:00-dan 15:00-dək həmin radio proqramının yazıları müxtəlif cihazlardan səsləndiriləcək”.





