BAYRAQDAR MEDİA – İyunun 24-də Rəşid Behbudov adına Mahnı Teatrında Şah İsmayıl Xətai – “Özün Əyri İsə Yola Zərərsən” adlı konsert proqramı təşkil olunacaq. Konsert proqramı Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, Ələvi-Bəktaşi Mədəniyyət və Cəm Evi İdarəsi, Baş İncəsənət İdarəsi və Yunus Emre İnstitutunun birgə əməkdaşlığı çərçivəsində reallaşacaq.
Bu barədə BAYRAQDAR MEDİA-ya Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib.
Məlumata görə, konsert proqramında qonaq qismində Türkiyənin Azərbaycandakı səfiri cənab Birol Akgün, Milli Məclisin nümayəndələri və digər qonaqlar iştirak edəcəkdir.








