Türk dünyasının rəqsləri və musiqiləri “Türkcə bir Aaxşam”da
BAYRAQDAR MEDİA – “Kurt-Ar” Beynəlxalq Humanitar Yardım Dərnəyi bu il də ənənəvi “Türkcə bir axşam” proqramını təqdim edəcək. Türk dünyasına məxsus rəngarəng rəqslərin və musiqilərin yer alacağı tədbir 18 oktyabr 2025-ci ildə Ankara CSO Ada səhnəsində keçiriləcək.
Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.
Məlumata görə Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, CSO Ada Ankara, TULPAR Rəqs qrupu və Krım Türkləri Mədəniyyət və Yardımlaşma Dərnəyinin dəstəyi ilə reallaşacaq tədbirdə Hilal Koçyiğit Kam Ana çıxış edəcək: “Saat 20:00-da başlayacaq gecədə Gamze Paşa, Ahmet Tuzlu, Adil Şan, Ozan Ethem, Yavuz Ali Oktay və Mehmet Örgün Türk dünyasının sevilən əsərlərini ifa edəcəklər. Krım Derneği rəqs qrupu “Cıyın Ansamblı”, “Tulpar” rəqs qrupu və Türk Dünyası Musiqi və Xalq Rəqsləri Ansamblı da səhnə alacaq. Gecənin sürprizi isə tanınmış azərbaycanlı müğənni Azərin olacaq. Biletlər biletinial.com, Kurt-Ar dərnək mərkəzi, Kurt-Ar könüllüləri və kurtar.org.tr saytından əldə oluna bilər”.








