Press "Enter" to skip to content

Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı başlayır

Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı başlayır

BAYRAQDAR MEDİA – Sentyabrın 18-də Azərbaycanda dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyliyə həsr olunmuş XVII Beynəlxalq Musiqi Festivalı açılır.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Türk Mədəniyyəti və İrsi Fondu, eləcə də İCESCO-nun dəstəyi ilə reallaşacaq festival sentyabrın 28-dək davam edəcək. Bakı, Sumqayıt, Şuşa, Gəncə, Ağcabədi, Naxçıvan və Qazax şəhərlərində keçiriləcək tədbirlər çərçivəsində möhtəşəm konsertlər, tamaşalar, sərgilər, elmi simpozium və ustad dərsləri təşkil olunacaq. Festivalda Azərbaycan musiqiçiləri ilə yanaşı Türkiyə, ABŞ, Almaniya, Fransa, İsveçrə, Koreya və digər ölkələrdən tanınmış ifaçılar və musiqişünaslar çıxış edəcəklər”.

Mission News Theme by Compete Themes.