Press "Enter" to skip to content

Musiqi ilə məşğul olamq istəyənlər üçün pulsuz imkan

Dərslər zamanı

BAYARQDAR MEDİA – Eskişehirin Odunpazarı Bələdiyyəsi Yunus Emre Mədəniyyət və İncəsənət Mərkəzi çərçivəsində hər il ənənəvi olaraq təşkil olunan musiqi emalatxanaları 2025–2026 payız mövsümündə də sənətsevərləri qarşılayacaq.

Bu barədə eskisehir.net saytı məlumat yayıb.

Bldirilib ki, “tamamilə ödənişsiz olan bu emalatxanalarda bağlama, piano, gitar, kaman, klassik kamança, ud, ney, ritm və xor dərsləri keçiriləcək. İştirakçılar həm alət çalmağı öyrənmək, həm də birgə musiqi yaratmaq imkanı qazanacaqlar. Məhdud sayda kontingent üçün qeydiyyat 2025-ci il sentyabrın 14-dək onlayn şəkildə mümkündür. İştirakçılar Odunpazarı Bələdiyyəsinin rəsmi Instagram hesabında paylaşılmış keçid vasitəsilə müraciət formasına daxil ola bilərlər”.

Mission News Theme by Compete Themes.