Press "Enter" to skip to content

QHT “Milli rəqsin mesajları” layihəsini təqdim edib – VİDEO

Tədbirdən xatirə fotosu

BAYRAQDAR MEDİA – Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin kiçik qrant müsabiqəsi çərçivəsində “YeniSi” Ədəbiyyat və Mədəniyyət Təzahürləri Mərkəzi İB-nin həyata keçirdiyi “Milli rəqsin mesajları” layihəsi təqdim edilib.

Layihədə nəzərdə tutulduğu kimi, “Mirzeyi”, “Sarı gəlin” və “Uzundərə” rəqsləri xüsusi quruluşda təqdim edilib. Hər üç rəqs əsasında videoçarx hazırlanıb. Çarxlarda hər bir rəqs barədə əvvəlcə qısa məlumat verilir, sonra isə rəqs təqdim edilir, xoreoqrafiq hərəkətlərin məzmunu (mesajı) qısa, ümumiləşdirilmiş şəkildə, rəqs hərəkətləri ilə həmahəng, titrlərlə (azərbaycan və ingilis dillərində) vurğulanır.

Çəkilişlərdə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının F.Əmirov adına Əməkdar kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının rəqqasları iştirak edib.
Rəqslərin quruluşu xoreoqraf – baletmeyster, əməkdar artist Ceyhun Qubadova məxsusdur. Quruluşçu rejissor təcrübəli televiziya və kino mütəxəssisi, kinossenarist Vüqar Əlisoydur.

Mission News Theme by Compete Themes.