Press "Enter" to skip to content

Bakı Musiqi Akademiyasında ustad dərsi

Bakı Musiqi Akademiyasında ustad dərsi

BAYRAQDAR MEDİA – Sentyabrın 24-də Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Kiçik zalında Berlin Filarmoniyasının solistlərinin iştirakı ilə ustad dərsi təşkil olunub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “ustad dərsindən əvvəl Xalq artisti, Bakı Musiqi Akademiyasının Beynəlxalq əlaqələr, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, Prof. Yeganə Axundova tədbir iştirakçılarını salamlayaraq əcnəbi musiqiçiləri təqdim edib. Trio tərkibində çıxış edən tanınmış musiqiçilər – Beata Antikainen (violonçel), Noora Ylonen (fortepiano) və Harry Ourd (skripka) Bakı Musiqi Akademiyasının tələbələri üçün ustad dərsi keçiblər”.

Sonra xəbərdə, “ustad dərsi zamanı tələbələr ifa bacarıqlarını nümayiş etdirərək, əcnəbi musiqiçilərdən faydalı tövsiyələr alıblar. İfa texnikası, ansambl mədəniyyəti və musiqi interpretasiyası mövzularına xüsusi diqqət yetirilib. Tədbirdə Bakı Musiqi Akademiyasının professor-müəllim heyəti və tələbələri iştirak ediblər. İştirakçılar bu görüşün onlar üçün həm nəzəri, həm də praktiki baxımdan böyük əhəmiyyət daşıdığını vurğulayıblar” deyə qeyd edilir.

Mission News Theme by Compete Themes.