BAYRAQDAR MEDİA – Xalq artisti, “Şöhrət” və “Şərəf” ordenli xanəndə Mənsum İbrahimovun 65 illik yubileyi ilə bağlı tədbirlər davam edir. Bu qəbildən növbəti tədbir Naxçıvan şəhərində keçiriləcək. Görkəmli muğam ifaçısı oktyabrın 8-də naxçıvanlı musiqisevərlərlə bir araya gələcək. Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə Heydər Əliyev Sarayında baş tutacaq yubiley tədbiri saat 18.00 da başlayacaq.
Bu barədə univeristetin məlumatında qeyd edilib.
Məlumata görə, konsertdə Xalq artisti Elçin Həşimov, Əməkdar artistlər Elnur Əhmədov, Nuriyyə Hüseynova, Təyyar Bayramov, Elnur Zeynalov, sevilən ifaçılar Güllü Muradova və Gülzar Fərəcova da iştirak edəcək.








