BAYRAQDAR MEDİA-İspartada “Azərbaycan mahnıları” konserti keçiriləcək. Konsert Süleyman Demirəl Univeristeti Musiqi Mədəniyyəti Araşdırma və Tətbiqetmə Mərkəzinin təşkilatçılığı ilə reallaşacaq.
Bu barədə universitetdən məlumat verilib.
Məlumata görə, konsertdə müəllim Gülay Laçin solist, Mahirə Quliyeva isə pianoçu qismində çıxış edəcək: “Konsert oktyabrın 17-də saat 20:00-da Prof. Dr. M. Lütfü Çakmakçı Mədəniyyət Mərkəzində olacaq”.








