“Vətən əmanəti” adli konsert təqdim ediləcək
BAYRAQDAR MEDİA – “Bizi birləşdirən mədəniyyət” İctimai Birliyi Zəfərin 5 illiyinə xüsusi porqram hazırlayıb. Bu barədə BAYRAQDAR MEDİA-ya İctimai Birlikdən məlumat verilib.
Məlumatda deyilir ki, İctimai Birliyin təşkilatçılığı ilə Şahin Musaoğlunun mahnılarından ibarət “Vətən əmanəti” adlı konsert keçiriləcək. Noyabrın 5-də saat 18:00-da Şəhriyar adına Mədəniyyət Mərkəzində keçiriləcək konsert Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı Zəfərin 5 illiyinə həsr olunacaq. Məlumata əsasən, Zəfər Gününə həsr olunmuş gecədə Şahin Musaoğlunun 90-cı illərin əvvəllərindən etibarən gənclərə vətənpərvərlik ruhunu aşıladığı mahnıları, şeirləri – “Cənab Leytenant”, “İgid əsgər”, “Vətən əmanəti”, “Şuşam, qayıtdım”, “Şuşa marşı”, “Çağırır Vətən” və digər mahnıları səsləndiriləcək: “Gecədə Xalq artistləri Nurəddin Mehdixanlı, Samir Cəfərov, İlqar Muradov, Əməkdar artistlər Ramil Qasımov, Zaur Əmiraslanlı, həmçinin Ülkər Əliyeva, Nəsibə Bədəlbəyli, Ayaz Qasımov, İlkin Fuad, Vüqar Əliyev, Rəşad İsmayıl, Saleh Nəzərov, Orxan Mövlan iştirak edəcəklər”.








