“Bizi Birləşdirən Mədəniyyət” İctimai Birliyi Zəfərin 5-ci ildönümünə münasibətilə konsret proqramı təşkil edib
BAYRAQDAR MEDİA – “Bizi Birləşdirən Mədəniyyət” İctimai Birliyinin təşkilatçılığı ilə Şəhriyar adına Mədəniyyət Mərkəzində 44 günlük Vətən Müharibəsində qazanılan Zəfərin 5 illiyinə həsr olunmuş Şahin Musaoğlunun mahnılarından ibarət “Vətən əmanəti” adlı konsert olub.

Bu barədə İctimai Birlikdən məlumat verilibş
Məlumata görə, əvvəlcə Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Məlumatda deyilir ki, tədbiri giriş sözü ilə açan “Bizi Birləşdirən Mədəniyyət” İctimai Birliyinin sədri Ramil Qasımov Azərbaycan tarixinə qızıl hərflərlə yazılan 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfərdən söz açıb. O, tədbirdə iştirak edən şəhid ailələri və qazilərə dərin minnətdarlığını bildirib.
Zəfər Gününə həsr olunmuş gecədə Şahin Musaoğlunun ötən əsrin 90-cı illərin əvvəllərindən etibarən gənclərə vətənpərvərlik ruhunu aşıladığı mahnıları, şeirləri – “Cənab Leytenant”, “İgid əsgər”, “Vətən əmanəti”, “Şuşa marşı”, “Çağırır Vətən” və digər mahnıları səsləndirilib.

Gecədə Xalq artistləri Nurəddin Mehdixanlı, Samir Cəfərov, İlqar Muradov, Əməkdar artist Ramil Qasımov, həmçinin Ülkər Əliyeva, Nəsibə Bədəlbəyli, Ayaz Qasımov, İlkin Fuad, Vüqar Əliyev, Rəşad İsmayıl, Saleh Nəzərov və Orxan Mövlan iştirak ediblər.











