Press "Enter" to skip to content

Eskişehirdə ən çox dinlənilən mahnı 

Eskişehirlilər

BAYRAQDAR MEDİA – Həyatımızın ayrılmaz bir hissəsi olan musiqi, duyğularımızdan gündəlik işlərimizə qədər hər sahədə bizə yoldaşlıq edir və ritmi ilə həyatımıza rəng qatmağa davam edir. Spotify-ın yayımladığı son məlumatlara görə, şəhərlərin ən çox dinlədiyi mahnılar müəyyənləşib. Eskişehir və ətraf vilayətlərdə musiqi seçimləri diqqət çəkib; bölgədə əsasən rep və pop janrları üstünlük təşkil edib.

Bu barədə eskisehir.net saytı məlumat yayıb.

Qeyd edilib ki, Eskişehirin qonşusu Bilecikdə ən çox dinlənilən mahnı Semicenkin “Kalpsiz” əsəri olub: “Kütahyada isə SNOW-un “Üzüleceksin 2.0” və Poizinin “y” mahnısı siyahılarda ön sırada yer alıb. Eskişehirdə isə Poizi, Era7capone və SNOW-un birgə əsəri “Çıkar Biri Karşıma” istifadəçilər tərəfindən ən çox dinlənilən mahnı kimi qeydə alınıb. Şəhərdə xüsusilə gənclərin marağı böyük olub və qısa müddətdə yerli siyahıların zirvəsinə çıxıb”.

Mission News Theme by Compete Themes.