BAYRAQDAR MEDİA – İstedadlı qazaxıstanlı musiqiçisi və bəstəkarı Abik Jeksen Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında xüsusi qonaq – qazax-azərbaycanlı müğənni ManEl ilə birgə konsert proqramı ilə çıxış edəcək. Konsert noyabrın 30-da, saat 15:00-da olacaq.
Bu barədə Qazaxıstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Məlumata görə, Abik Jeksen Qazaxıstan estradasının aparıcı ifaçıları üçün gitara partiyalarının müəllifi və aranjimançısıdır. Onların arasında Dimash Qudaybergen, Saken Mayqaziev, MuzArt qrupu, Ali Okapov, Kental, Töreğali Töreali, Nurjan Kermenbayev və başqaları var.
Çaykovski adına Musiqi Kollecində (Almatı) və Bakı Musiqi Akademiyasında musiqi təhsili almış gənc müğənni və mahnı müəllifi ManEl (Könül Məmmədova) “Azərbaycanın Səsi” və “Bakı Payızı” layihələrindəki çıxışları ilə tanınır.
Konsert proqramına Qazax, Azərbaycan, ingilis və rus dillərində ifa olunacaq mahnılar daxil olacaq.
Biletləri iTicket.az saytından əldə etmək mümkündür.












