Press "Enter" to skip to content

Brisbendə AYTAY musiqi qrupunun konserti olub

Konsert zamanı

BAYRAQDAR MEDİA – Avstraliya İttifaqının Brisben şəhərində “BrisbanePowerhouse” incəsənət mərkəzindəAYTAY musiqi qrupunun konserti olub.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Məlumata görə, Konsert Kvinslenddə Azərbaycanın Milli Assosiasiyası və Kvinslend-Azərbaycan Mədəniyyət Evinin təşkilatçılığı ilə olub: “Milli mədəniyyətimizin, o cümlədən musiqimizin Avstraliyada təbliği məqsədilə keçirilən tədbirdə Azərbaycan diasporunun nümayəndələri və yerli ictimaiyyətlə yanaşı, Avstraliya İttifaqının rəsmi şəxsləri də iştirak edib. KonsertdəAYTAY musiqi qrupu Azərbaycanın xalq və bəstəkar mahnılarını, Əməkdar artist Sevinc Hüseynli isə milli rəqslərimizi ifa ediblər”.

Məlumatda qeyd edilib ki, Avstraliya İttifaqında fəaliyyət göstərən instrumental musiqi qrupu AYTAY 2018-ci ildə yaradılıb. Qrup Avstraliyanın müxtəlif şəhərlərində konsertlər təşkil edərək Azərbaycan musiqisinin dünyada geniş yayılmasına öz töhfələrini verir.

Mission News Theme by Compete Themes.