BAYRAQDAR MEDİA – Bir neçə gün öncə Əməkdar jurnalist Azər Həsrət “Qoca şairin eşqbazlığı və hədər olan iki toyuq…” adlı bədii nəsr parçası təqdim etmişdi. Bunun ardından Azərbaycan Yazıçılar Birliyinin, həmçinin Xaçmazda fəaliyyət göstərən Murad Qudyalçaylı adına “Ulduzlar” Ədəbi Məclisinin üzvü, istedadlı şair Məmməd Qədir mövzunu nəzmə çəkdi. Düşünürük ki, dəyərli oxucularımız üçün maraqlı olacaq:
Dilini sox gözünə
Qosqocaman bir şair,
Cavan eşq yaşayırdı.
Var-yoxu nəydi, bir-bir,
Şəhərə daşıyırdı.
Sevdiyi şairəydi,
Sözü başa duşəndi.
Qız deyildi, urəydi,
Gözü başa duşəndi.
Yenə bir toyuq tutub,
Görüşə çıxdı şair.
Qıs vaxtı soyuq tutub,
Canını sıxdı şair.
Yeznə gəldi haradan,
Sevginin şux yerində.
Durub çıxdı aradan,
Qalmasın lox yerində.
Bir gün də belə keçdi,
Çəkdi qəşəng naz şair.
Zəng edib bir vaxt seçdi,
Görüş aldı qaz şair.
Yenə toyuq, yenə qaz,
Yenə yeznədən hücum.
Anlamadın, ay qanmaz,
Vəslə qoymur əlfücun?
Hin boşalıb bildin sən,
Tülküdür inandığın.
Kimə ağıl verirsən,
Bu deyilmi qandığın?
Söz deyəndə özgəyə,
Özünə bax, özünə.
Nəfsinə durub yiyə,
Dilini sox gözünə…





