Press "Enter" to skip to content

Mahnı Teatrının estrada-simfonik orkestrinin bölgələrdə növbəti konserti

Mahnı Teatrının estrada-simfonik orkestrinin bölgələrdə növbəti konserti

BAYRAQDAR MEDİA – Dekabrın 27-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının estrada-simfonik orkestri “Yurdumun sədası” adlı konsert proqramı ilə Şamaxı Rayon Mədəniyyət Mərkəzində tamaşaçıların qarşısına çıxıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “Proqramda Azərbaycan musiqi mədəniyyətinin zəngin irsini əks etdirən klassik və estrada əsərləri səsləndirilib. Konsertdə Mahnı Teatrının solistləri – Aynur İsgəndərli, İlhamə Qasımova, Mədinə Kazımova, Fəxri Kazım-Nicat, Taleh YahyayevRövşən Qəhrəmanov çıxış ediblər. Orkestri dirijor Ellada Məmmədova idarə edib. Konsert sözügedən Nazirliyin təşkilatçılığı ilə, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi münasibətilə nazirliyin nəzdində fəaliyyət göstərən bədii kollektivlərin ölkənin müxtəlif bölgələrinə ilk genişmiqyaslı qastrol səfərləri çərçivəsində keçirilib”.

Qastrol səfərlərinin əsas məqsədi milli musiqi dəyərlərinin qorunması və bölgə tamaşaçılarına yüksək səviyyəli musiqi nümunələrinin təqdim olunmasıdır.

Mission News Theme by Compete Themes.