Press "Enter" to skip to content

Kompüter laboratoriyasının açılışı olub

Laboratoriyanın açılışı

BAYRAQDAR MEDİA – TUSAŞ Motor Sənayesi A.Ş. (TEI) tərəfindən Pamukkale Universitetinin (PAÜ) Kommunikasiya Fakültəsinə qazandırılan kompüter laboratoriyasının açılışı İLTAM-da (İrəli Texnologiyalar üzrə Tətbiq və Araşdırma Mərkəzi) yerləşən binada həyata keçirilib.

Bu barədə universitetin məlumatında qeyd edilib.

Məlumata görə, açılış mərasimində TEI-nin İdarə Heyətinin sədri Prof. Dr. Fahrettin Öztürk, TEI-nin baş direktoru Prof. Dr. Mahmut F. Akşit və İdarə Heyətinin üzvləri iştirak ediblər: “Açılış lentini Denizli valisi Ömer Faruk Coşkun, PAÜ-nün rektoru Prof. Dr. Mahmud Güngör, TEI İdarə Heyətinin üzvləri və vilayət protokolunun nümayəndələri birlikdə kəsiblər. Mərasimdə çıxış edən PAÜ Kommunikasiya Fakültəsinin dekanı Prof. Dr. Ali Soylu uzun müddətdir ehtiyac duyulan kompüter laboratoriyasının TEI tərəfindən fakültəyə qazandırılmasından böyük məmnunluq duyduğunu bildirib. Prof. Dr. Ali Soylu başda TEI İdarə Heyətinin sədri Prof. Dr. Fahrettin Öztürk və TEI-nin baş direktoru Prof. Dr. Mahmut F. Akşit olmaqla, bu prosesi yaxından izləyən və dəstəyini əsirgəməyən PAÜ rektoru Prof. Dr. Mahmud Güngörə ayrıca təşəkkürünü ifadə edib”.

Açılışda nitq söyləyən PAÜ-nün rektoru Prof. Dr. Mahmud Güngör isə TEI rəhbərliyinə minnətdarlığını bildirərək, dövlət qurumları arasında əməkdaşlığın gözəl nümunəsinin ortaya qoyulduğunu və bunun elmə töhfə baxımından son dərəcə dəyərli olduğunu vurğulayıb.

Tədbirdə iştirak edən tələbələr və akademik heyət də kompüter laboratoriyasının istifadəyə verilməsini məmnunluqla qarşıladıqlarını bildiriblər. Mərasim sonda xatirə fotosunun çəkilməsi ilə başa çatıb.

Mission News Theme by Compete Themes.