“Bir başkadır benim memleketim” barədə maraqlı faktlar
BAYRAQDAR MEDİA – Ayten Alpmanın 1969-cu ildə ifa etdiyi “Bir başkadır benim memleketim” mahnısı ilk yayımlandığı dövrdə gözlənilən marağı görməsə də, 1974-cü il Kıbrıs Barış Hərəkatından sonra milli yaddaşda simvolik bir yer qazandı.
Bu barədə yeniankara.com.tr saytı məlumat yayıb.
Məlumatda deyilir ki, türk musiqisinin unudulmaz əsərlərindən olan “Bir başkadır benim memleketim” illər ərzində sadəcə bir mahnı olmaqdan çıxaraq bir dövrün ruhunu əks etdirən simvolik bir əsərə çevrilb: “Ayten Alpmanın güclü ifası, xüsusilə 1974-cü ildə baş verən Kıbrıs Barış Hərəkatı zamanı bu mahnını milyonların ortaq duyğusuna çevirdi. 1969-cu ildə yayımlanan mahnı sözləri Fikret Şeneşə aid olan, xarici bir melodiyanın türkcə aranjmanı kimi dinləyicilərlə görüşüb. Dövrün musiqi bazarında çoxsaylı populyar aranjmanlar arasında güclü mövqe tuta bilməyən əsər, ilk illərində məhdud bir dinləyici kütləsinə çatıb. 1974-cü ildə Kıbrıs Barış Hərəkatının başlaması ilə birlikdə TRT radio və televiziya kanallarında mahnı tez-tez səsləndirilməyə başlanıb. Əsgərlərin cəbhəyə yola salındığı, xalqın ekran qarşısında hadisələri izlədiyi günlərdə “Bir başkadır benim memleketim” vətən sevgisini və birlik ruhunu ən güclü şəkildə ifadə edən əsərlərdən biri kimi ön plana çıxıb”.
Məlumatda deyilir ki, hərəkat müddətində mahnının intensiv şəkildə yayımlanması, onun qısa müddətdə bütün Türkiyə üzrə tanınmasına səbəb olub: “Mahnı cəbhədəki əsgərlərə mənəvi dəstək, evdə gözləyən ailələrə isə ümid verən ortaq duyğu dili rolunu oynayıb. “Havasına, suyuna, taşına toprağına / Bin can feda bir tek dostuma” misraları ilə başlayan mahnı dinləyicilərdə güclü mənsubiyyət və vətən sevgisi hissi oyadıb. Bu xüsusiyyəti ilə əsər təkcə musiqi nümunəsi deyil, eyni zamanda ictimai yaddaşda yer alan bir simvola çevrilib”.
Qeyd edək ki, “Bir başkadır benim memleketim” Ayten Alpmanın sənət həyatında mühüm dönüş nöqtəsi kimi qəbul olunur. Məhz bu mahnı sayəsində Alpman geniş kütlələr tərəfindən tanınan və milli duyğularla eyniləşən bir sənətçiyə çevrilib. Aradan illər keçməsinə baxmayaraq, “Bir başkadır benim memleketim” bu gün də milli bayramlarda, anım mərasimlərində və xüsusi günlərdə tez-tez səsləndirilir. Mahnı Türkiyədə musiqi ilə milli yaddaşın necə birləşdiyinin ən güclü nümunələrindən biri hesab olunur”.









