Son yeniləmə: 16 Fevral 2026
BAYRAQDAR MEDİA – “Bakı Yunus Emre İnstitutu tərəfindən, 13 fevral 2026-cı il tarixində saat 19.00-da Beynəlxaq Muğam Mərkəzində musiqisi ilə nəsilləri birləşdirən, sözləri ilə sevgi, barış və insanlıq dəyərlərini həm Türkiyəyə, həm də dünyaya çatdıran unudulmaz mədəniyyət elçisi Barış Mançonun xatirəsinə həsr olunmuş anım proqramı təşkil ediləcəkdir”.
Bu barədə qurumdan BAYRAQDAR MEDİA-ya verilən məlumatda bildirilib.
Qeyd edilib ki, tədbir mədəniyyət və sənət dünyasının ortaq yaddaşında dərin iz buraxmış Barış Mançonun çoxşaxəli sənət irsini və universal dəyərlərini yaşatmağı hədəfləyir.
O da vurğulanıb ki, Türkiyənin Azərbaycandakı səfiri Prof. Dr. Birol Akgün, Azərbaycanın Əməkdar jurnalisti professor Etibar Babayev və Bakı Yunus Emre İnstitutunun koordinatoru Gökhan Seyhanın çıxışları ilə başlayacaq proqramda sonra söz müsiqiyə veriləcək: “Konsert proqramında Azərbaycan Milli Konservatoriyasının tələbələrinin musiqi ifaları, xanəndə Habil Məmmədov və tələbələri tərəfindən Barış Manço mahnılarının ifası dinləniləcək və rəqs nömrələri ifa ediləcək”.
Bir sözlə, Bakıda Barş Manço “rüzgarı əsəcək”.










İlk şərhi yaza bilərsiniz