BAYRAQDAR MEDİA – İqtisadiyyat naziri Mikayıl Cabbarov İpəkYolu Fondunun baş icraçı direktorunun müavini, İnvestisiya Komitəsinin üzvü Si Xinbo ilə görüşüb.
Bu barədə nazirlikdən məlumat verilib.
Məlumata görə, görüşdə Azərbaycan və Çin arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi vurğulanıb: “İki ölkə arasında iqtisadi əlaqələrindavamlı inkişaf etdiyi qeyd edilib. Ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən islahatlar və yaradılmış əlverişli investisiya mühiti barədə məlumat verilib.Qeyri-neft-qaz sektoru, texnologiya transferi və dayanıqlı inkişaf, xüsusilə innovasiya sahəsində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb”.
Məlumatda deyilir ki, tərəflər iqtisadi tərəfdaşlığın dərinləşdirilməsi üzrə təşəbbüslər,o cümlədən Azərbaycan İnvestisiya Holdinqi və İpəkYolu Fonduarasında birgə investisiya fondunun yaradılması ətrafında fikir mübadiləsi aparıblar.
Sənaye, enerji, maliyyə və digər prioritet sahələrdə investisiya layihələrinin həyata keçirilməsi və maliyyələşmə mexanizmlərinin genişləndirilməsi nəzərdən keçirilib.






İlk şərhi yaza bilərsiniz