Press "Enter" to skip to content

İqtisadi əməkdaşlığın inkişaf perspektivləri dəyərləndirilib

Görüşdən foto

BAYRAQDAR MEDİA – İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini, Azərbaycan Respublikası ilə Türkmənistan Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri Nökərqulı Ataqulıyevlə görüşüb.

Bu barədə BAYRAQDAR MEDİA-ya İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Məlumata görə, görüşdə Azərbaycan–Türkmənistan iqtisadi əməkdaşlığının mövcud vəziyyəti və inkişaf perspektivləri dəyərləndirilib: “Ölkələrimiz arasında iqtisadi tərəfdaşlığın davamlı inkişafının önəmi vurğulanıb. Türkmənistanla ticarət və investisiya əməkdaşlığının möhkəmləndirilməsi potensialı qeyd edilib. Bununla yanaşı, müxtəlif istiqamətlər üzrə qarşılıqlı faydalı işbirliyi, birgə layihələrin həyata keçirilməsi üçün imkanlar diqqətə çatdırılıb”.

Tərəflər ikitərəfli əməkdaşlığın strateji prioritetlərini, enerji, nəqliyyat-tranzit, logistika və digər sahələrdə birgə fəaliyyətin genişləndirilməsini müzakirə ediblər.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.