Press "Enter" to skip to content

Regional daşımalarda əməkdaşlıq genişləndirilir

Görüş zamanı

BAYRAQDAR MEDİA – AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov və Türkmənistan Nazirlər Kabinetinin sədr müavini Nökərqulu Ataqulıyev arasında Bakı Beynəlxalq Dəniz Limanında görüş keçirilib.

Bu barədə ADY-dən məlumat verilib.

Bildirilib ki, Türkmənistan nümayəndə heyətinə Bakı Limanı haqqında, o cümlədən ADY-yə inteqrasiyasından sonra burada görülmüş işlər və Orta Dəhlizlə multimodal daşımalarda limanın rolu barədə geniş məlumat verilib.

Qeyd olunub ki, ötən il limanda rekord həcmdə – 100 min TEU konteynerdən çox yük aşırılıb, bu da Azərbaycanın nəqliyyat infrastrukturuna böyük investisiyalarının nəticəsində mümkün olub.

İkitərəfli müzakirələr zamanı Türkmənbaşı Beynəlxalq Dəniz Limanında dəniz dibinin dərinləşdirilməsi ilə infrastrukturun təkmilləşdirilməsi və liman üzərindən yükdaşımaların artırılması barədə fikir mübadiləsi aparılıb.

Tərəflər iki ölkənin dəmir yolları və beynəlxalq dəniz limanları arasında koordinasiyalı fəaliyyətin təmin edilməsi üçün rəqəmsal məlumat mübadiləsinin vacibliyini qeyd ediblər.

Eyni zamanda, Orta Dəhlizin və Avrasiya Nəqliyyat Marşrutunun inkişafı çərçivəsində multimodal daşımalar üzrə əməkdaşlığın genişləndirilməsi və Şərq-Qərb-Şərq istiqamətində yük axınının artırılması üçün görülə biləcək işlər vurğulanıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.