Press "Enter" to skip to content

EMTA və ABB arasında müqavilə

EMTA və ABB arasında müqavilə

BAYRAQDAR MEDİA – Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) və Azərbaycan Beynəlxalq Bankı (ABB) arasında müvəkkil kredit təşkilatı vasitəsilə Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya EMTA-nın mətbuat sektorundan daxil olub.

Xəbərdə bildirilir ki, “bu əməkdaşlıq Fondun vəsaiti hesabına enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsinin təşviqi məqsədilə güzəştli kreditlərin verilməsinin əsasını qoyur. Tərəflər Fondun vəsaiti hesabına enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsinin təşviqi məqsədilə güzəştli kreditin verilməsi, o cümlədən güzəştli kreditin şərtləri, uçotunun aparılması, təyinatı üzrə istifadəsinin monitorinqinin aparılması qaydası, geri qaytarılması, eləcə də müvəkkil kredit təşkilatının Agentlik qarşısında hesabatlılığına dair münasibətlərin tənzimlənməsində razılığa gəliblər”.

Sonra xəbərdə, “EMTA-nın İdarə Heyətinin sədri Samir Axundov bildirib ki, güzəştli kreditlər enerji səmərəliliyi layihələrini həyata keçirənlər üçün əlverişli və faydalı dəstək rolunu oynayacaq. “Vətəndaşlar, eləcə də müəssisələr bu imkanlardan yararlana biləcəklər. Bu addımlar Azərbaycanda enerji effektivliyi sahəsində işlərin davamlı və sistemli şəkildə aparılmasına töhfə verir. Eyni zamanda, bu istiqamətdə dövlət siyasətinin real nəticəyə çevrilməsini təmin edir və vətəndaşlar üçün faydalı imkanlar yaradır” – deyə o, qeyd edib. Enerji effektivliyi fondu Prezident İlham Əliyevin 1 mart 2024-cü il tarixli Fərmanı ilə yaradılıb. Fondun vəsaitlərinin idarə olunmasını EMTA həyata keçirir” deyə bildirilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.