BAYRAQDAR MEDİA – TÜBİTAK-ın Dəmir Yolu Nəqliyyatı Texnologiyaları İnstitutunun direktoru Dr. Tolgahan Kaya Anadolu Universitetinin rektoru Prof. Dr. Yusuf Adıgüzel ilə görüşüb.
Bu barədə BAYRAQDAR MEDİA-ya universitetdən məlumat verilib.
Məlumata görə, görüş zamanı tərəflər universitetlə dəmir yolu sistemləri sahəsində mümkün əməkdaşlıq imkanlarını müzakirə ediblər: “Xüsusilə dəmir yolu nəqliyyatı texnologiyaları, elmi-tədqiqat və inkişaf (Ar-Ge) layihələri, həmçinin universitet–sənaye əməkdaşlığının genişləndirilməsi məsələləri diqqət mərkəzində olub. Tərəflər gələcəkdə birgə layihələrin həyata keçirilməsi və akademik əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar”.
Görüş qarşılıqlı xoş niyyətlərin ifadə olunması və xatirə fotosunun çəkilməsi ilə başa çatıb.






İlk şərhi yaza bilərsiniz