Press "Enter" to skip to content

“Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirilib

Görüş zamanı

Son yeniləmə: 14 Aprel 2026

BAYRAQDAR MEDİA – İqtisadiyyat naziri Mikayıl Cabbarov beşinci “Yüksəliş” müsabiqəsinin qalibləri Elnur Məmmədli və Kamran Ələsgərovla Mentorluq proqramı çərçivəsində ilk görüşünü keçirib.

Nazirlikdən verilən məlumata görə, iqtisadiyyat naziri qalibləri müsabiqədə əldə etdikləri uğur münasibətilə təbrik edib, gənclərin bilik və bacarıqlarının daha da artırılmasının, şəxsi inkişafın önəmini vurğulayıb: “İştirakçılar təhsil və peşəkar fəaliyyət istiqamətləri, həmçinin gələcək hədəfləri ilə bağlı məlumat veriblər”.

Görüşdə qaliblərin fərdi inkişaf planı, idarəetmə və peşə bacarıqlarının inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb. Mentorluq proqramı müddətində potensial addımlar müzakirə edilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.